Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şəhidlər doğuldu ki, Ana Vətən yaşasın

0

  •         Xalqımızın
    44 günlük vətən müharibəsində yazdığı qəhrəmanlıq səlnaməsi, dövlətçilik
    tariximizə qızıl hərflərlə həkk olundu. Bu şərəfli tarixi öz qanları ilə yazan
    şəhidlərimizin əziz xatirələri, əbədi olaraq xalqımızın yaddşından silinməyəcək.
    Bu gün elə bir azərbaycanlı ailəsi
    yoxdur ki, onun evində şəhidlərimizin qəhrəmanlıqlarını əks etdirən bir nişanə,
    nümunə olmasın.  Əldə etdiyimiz tarixi qələbədən
    bizləri qısa bir zaman ayırsa da, artıq şəhidlərimizin, əsgərlərimizin cəsurluğunu,
    ağılasığmaz şücaətlərini əks etdirən ədəbi əsərlər, poeziya nümunələri, əfsanələr
    yaranmaqdadır. Əfsanəyə çevrilən bu qəhrəmanlıq əsərləri yeni nəsilin vətənpərvər
    ruhda böyüməsində, tərbiyə olunmsında böyük bir məktəb rolunu oynayacaq. Ali
    baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qısa
    bir zaman ərzində mənfur düşmənlə apardığı müharibənin taktiki, strateji tərəfləri,
    bu gün artıq dünyanın ən böyük  hərbi mərkəzlərində
    analiz edilir, araşdırılır. 

    Zaman
    keçdi, doğma yurdlarından didərgin düşən uşaqlar, bu illər ərzində düşmənə
    qarşı qisas, nifrət hissi ilə böyüdülər. Və o tarixi an yetişdi ki, ata-baba
    yurdlarının mənfur düşmənin tapdağı altında qalması ilə barışmayan bu “uşaqlar”
    Vətənin bir çağırışı ilə silaha sarılaraq düşmən üzərinə qartal kimi şığıdı.
    Qisas hissi il alışıb yanan cəngavərlərimz ilk bayrağımızı Suqovuşanda
    dalğalandırdılar. Ardınca Cəbrayıl, Zəngilan, Füzuli və Qubadlı azad olundu.
    Bütün cəbhə boyu böyük qələbələrə imza atan rəşadətli ordumuz,  daha sonra 
    xalqımızın tarixi-mədəni, dövlətçilik ənənələrinin kimliyini özündə
    ehtiva edən Şuşaya doğru istiqamət götürdü. Hər tərəfi sıldırım qayalarla əhatə
    olunan Şuşa qalasının azad edilməsi uğrunda gedən döyüşlər dünya hərb tarixinin
    ən şanlı səhifəsinə çevrildi. Təsadüfi deyil ki, Fransanın “Le Monde”  nəşrinin jurnalisti Şuşa döyüşləri haqqında
    öz gözləri ilə gördüklərini belə ifadə etmişdi: “Şuşanın müdafiəçiləri
    paramparçadlır. Azərbaycanın Xüsusi Təyinatlıları Şuşanın müdafiəsinin gücünü
    yoxlamaq üçün gecə basqını etdilər. Məhz, bu hücum nəticəsində Xankəndini
    İravana bağlayan əsas yol bağlanıb. Azərbaycanlılar Şuşaya çatıblar, küçələrdə
    avtomat və süngü döyüşləri gedir. Daşaltı istiqamətində hər 10 dəqiqədən bir
    yaralı erməni əsgərlərini daşıyan ambulanslar hərəkət edir. Hücum o qədər şiddətli
    idi ki, ermənilər şəhəri təslim etməyə məcbur oldular. Xankəndi artıq Azərbaycan
    güclərinin hücumundan sığortalanmayıb”.

    Şuşanın
    azad edilməsindən dərhal sonra, demək olar ki, bütün hərbi arsenalının Azərbaycan
    ordusu tərəfindən darmadağın edildyini görən 
    Ermənistan kapitulyasiya aktını imzalamaqla diz çökdü. Coğrafi
    reallıqları nəzərə alsaq, Ağdam, Laçın və Kəlbəcər rayonlarının döyüşsüz azad
    edilməsi, heç şübhəsiz minlərlə əsgərlərimizin həyatlarının qorunmasına zəmin
    yaratdı. Və beləliklə şanlı Azərbaycan Ordusu Cənab Ali Baş Komandan İlham
    Əliyevin təbirincə desək, erməni faşistlərini doğma torpaqlarımızdan “iti qovan
    kimi qov”du.  

    Şübhəsiz
    ki, bu qələbə mərd, qorxmaz, hətta vziyyətdən asılı olmyaraq düşmən üzərinə
    yalın əllə atılan Azərbaycan əsgərinin qanı-canı bahasına əldə olundu. Artıq
    bir əfsanəyə çevrilən Xudayarın oxuduğu “Vətən nəğmə”si yarımçıq qalsa da,
    Daşqının bir qıza ünvanladığı “səni tapıb, özüm alacam ” arzusu gözlərində
    qalsa da, onların nəğmələrini oxuyan, arzularına boy verən Xudayarlar,
    Daşqınlar bu gün milyonlarladı. Bu qəhrəmanların bədənləri torpağa kömülsə də,
    ruhən onlar milyonların qəlbində əbədi məskən salıblar. Məhz, bu sevginin bariz
    nümunəsidir ki, son zamanlar doğulan oğlan uşaqlarına daha çox  Polad, Mübariz, Xudayar, Daşqıın və digər şəhidlərimizin
    adları qoyulur.

    Dövlətimizin,
    xalqımızın, qazandığı bu şanlı qələbədə qardaş Türkiyəmizin dəstəyi şanlı
    tariximizə qızıl hərflərlə yazıldı. İstər beynəlxalq səviyyədə, istərsə də hərbi-strateji
    müstəvidə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla 44 günlük
    müharibədə, 82 milyonluq türk millətinin ürəyi daim Azərbaycanla döyündü.
    Tarixin bütün dönəmlərində olduğu kimi, bu dəfə də türk qardaşlarımız müasir
    dünyada ikili standartların hökm sürdüyü bir zamanda, Azərbaycanı döyüş
    meydanında təklənməyə imkan vermədi. Azərbaycan Prezidenti cənab İlham Əliyev və
    Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın timsalında mərhim Heydər
    Əliyevin “Bir milət iki dövlət” deyimi ən bariz şəkildə öz təsdiqini tapmış
    oldu. Türkiyənin Rusiya lə birlikdə münaqişənin davamlı həllinə yönəli
    Qarabağda yaradılmış Monitorinq Mərkəzində bərabərhüquqlu müstəvidə təmsil
    olunması, Azərbaycanın son 100 ildə beynəlxalq diplomatiyada əldə ətdiyi, bəlkə
    də ən böyük nailiyyətdir. Yəni, bu o deməkdir ki, əslində Türkiyə Cənubi
    Qafqazda Rusiyanın hegemonluğuna son vermiş oldu. Artıq dünya dövlətləri anladı
    ki,  Azərbaycan-Türkiyə qardaşlığına əngəl
    ola biləcək heç bir güç yoxdur. Dünənə qədər bizimlə zor dilində danışan, hər
    daim ikili standartlar müstəvisində yanaşan dünya dövlətləri, Cənab İlham
    Əliyevin apardığı qətiyyətli daxili və xarici siyasəti nəticəsində bu gün Azərbaycanla
    hesablaşmalı oldular.

    Artıq
    şəhidlərimizin, əsgərlərimizin qanı bahasına azd edilmiş ərazilərdə “Böyük
    qayıdış” planı çərçivəsində abadlıq, quruculuq işlərinə start verilib. İnanırıq
    ki, tezliklə vandal düşmənin xarabazarlığa çevirdiyi o yerlər dövlətimizin,
    millətimizin sarsılmaz birliyi, əməyi sayəsində cənnətə çevriləcək. Necə deyərlər:  “Cənnət görmək istəyən Azərbaycana gəlsin”!      Şeyda
    ƏZİZOVA,

    “Aranmedia”
    qəzetinin baş redaktoru
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib55 dəfə
    Şəhidlər doğuldu ki Ana Vətən yaşasın

    Maraqlı gələ bilər
    28
    62